KİV: İran ABŞ-yə qarşı bir milyon döyüşçü hazırlayır

KİV: İran ABŞ-yə qarşı bir milyon döyüşçü hazırlayır
26.03.2026 20:30 Dünya

ABŞ-nin İran İslam Respublikasına quru qoşunları hücumu halında ölkə bir milyondan çox döyüşçü yerləşdirməyə hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-nin müdaxiləsi halında təkcə təlim keçmiş İran hərbi qulluqçuları deyil, həm də gənclər Amerika ordusuna qarşı döyüşməyə hazırdırlar.

Agentlik vurğulayır ki, İslam Respublikası orduya və İran İslam İnqilabı Keşikçiləri Korpusuna yeni əsgərlər cəlb etmək üçün kütləvi müraciətlər alır.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər