Kamçatkada güclü zəlzələ baş verdi
Rusiyanın Kamçatka vilayətində güclü zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatka bölməsi məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 15:57-də, Petropavlovsk-Kamçatskidən 212 km aralıda, 23,6 km dərinlikdə baş verib. Zəlzələnin maqnitudası 6,2 olub ki, bu da seysmoloqlar tərəfindən güclü zəlzələ kimi qiymətləndirilir.
Türkan İsgəndərli