Kamçatkada daşqın barədə xəbərdarlıq edildi

Kamçatkada daşqın barədə xəbərdarlıq edildi
06.08.2025 10:02 Dünya

Kamçatka yarımadasının cənubunda yerləşən çaylarda hidroloji vəziyyətin pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Daşqın riski əsasən 9–14 avqust tarixlərində gözlənilir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, güclü yağıntılar fonunda Yelizovo, Sobolevo və Ust-Bolşereçye rayonlarının çaylarında sutkalıq su səviyyəsi 50 santimetrədək, bəzi kiçik tundra çaylarında isə 1 metrədək yüksələ bilər.

Hazırda Kamçatkanın bir sıra bölgələri siklonun təsiri altındadır. Ərazidə leysan yağışlar və güclü külək müşahidə olunur.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər