Japarov Rusiyaya səfər edəcək
Qırğızıstan prezidenti Sadır Japarov Rusiyaya işgüzar səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, səfər iyulun 2-də baş tutacaq.
Orada o, Rusiya prezidenti Vladimir Putin ilə görüşəcək. Görüşdə iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət, humanitar və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Türkan İsgəndərli