İstanbulda oğurluq edib Bakıya gəlmək istəyənlər təyyarədə saxlanıldı

İstanbulda oğurluq edib Bakıya gəlmək istəyənlər təyyarədə saxlanıldı
08.09.2025 21:30 Dünya
İstanbul Sabiha Gökçen Hava Limanında "Duty Free" mağazasından oğurluq edən sərnişinlər "AJet"in Bakıya uçan təyyarəsində saxlanılıblar. 

TodayPress TV xəbər verir ki, mağaza işçiləri hadisəni görüb və polisə məlumat veriblər. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təyyarədə axtarış apararaq oğurlanmış əşyaları tapıblar. Hadisədə iştirak edən sərnişinlər polisin müşayiəti ilə təyyarədən endirilib.

Sabiha Gökçen-Bakı reysi ilə uçan "AJet" aviaşirkətinin "VF179" saylı reysi insidentlə əlaqədar qısa gecikmə ilə uçub.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər