İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı açıqlandı
09.04.2026 04:00 Dünya

İsrailin Livanda həyata keçirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ən azı 112 nəfər ölüb, 837 nəfər yaralanıb.

TodayPress TV  xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, zərbələr ölkənin müxtəlif bölgələrini, o cümlədən paytaxt Beyrutu əhatə edib və bu, münaqişə başlayandan bəri “Hizbullah”a qarşı ən geniş hücum dalğası olub.

Ölənlər arasında mülki və ya silahlı şəxslər üzrə bölgü təqdim edilməyib.

Qeyd olunub ki, itkilərlə bağlı rəqəmlər yekun deyil və artacağı istisna edilmir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər