İsrailin hücumlarında öldürülən nüvə alimlərinin adı açıqlandı
Dünya
28.06.2025 18:40
12 gün ərzində İsrailin İrana hərbi hava hücumlarında 13 nüvə alimi öldürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumata görə, bu gün Tehranda yüksək rütbəli hərbçilərlə yanaşı nüvə alimlərinin də dəfn mərasimi keçirilib.
12 gündə İsrailin İrana hərbi hücumlarında öldürülən nüvə alimləri aşağıdakılardır:
Feridun Abbasi
Məhəmməd Mehdi Tehrançi
Əbdülhəmid Minuçehr
Əhməd Rza Zülfüqari
Əmir Hüseyn Feqhi
Əkbər Mətləbizadə
Mənsur Əsgəri
Əsğər Haşemi Tabar
Süleyman Süleymani
Əli Bakuyi Ketrimi
Səidr Borci
Mustafa Sadati
Məhəmməd Rza Sədiqi Sabir
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
tag: İsrail,İran,Hücum,Alim,Todaypress.tv,