Kiyevin Vaşinqtondakı səfiri dəyişə bilər: Namizəd kimdir?

Dünya

30.06.2025 11:31

Ukrayna hakimiyyəti ABŞ-də səfir postunda dəyişiklik etməyi nəzərdən keçirir. Məlumata görə, hazırkı səfir Oksana Marqarovanın Donald Trampın yeni administrasiyası ilə münasibətləri uğurlu alınmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RBK-Ukrayna” yazıb.

İddialara görə, ilkin mərhələdə Ukraynanın müdafiə naziri Rustem Umerovun ABŞ-yə səfir təyin olunması variantı müzakirə edilib. Tramp komandasında onun imici müsbət qiymətləndirilsə də, Kiyevdə bu potensialın hazırkı vəzifəsində daha faydalı ola biləcəyi qənaətinə gəlinib və bu ideyadan imtina edilib.

Hazırda Prezident Aparatında ABŞ-yə səfir təyinatı üçün alternativ kimi mədəniyyət naziri Nikolay Toçitskinin namizədliyi müzakirə olunur. Mənbələrin məlumatına görə, Toçitski də diplomatik fəaliyyətə qayıtmaq niyyətindədir.

Hələlik bu barədə rəsmi qərar açıqlanmayıb, lakin diplomat heyətində dəyişikliklərin yalnız zaman məsələsi olduğu bildirilir.

Qiymət Mahir

tag: Ukrayna ,ABŞ,Oksana Marqarova,Donald Tramp,Todaypress.tv,