İsrail Trampın qərarını gözləmək istəmir

İsrail Trampın qərarını gözləmək istəmir
22.06.2025 00:45 Dünya

İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampın İranla bağlı münaqişəyə qoşulmaqla bağlı qərarını gözləmək niyyətində olmadıqlarını Ağ Evə bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında gərgin telefon danışığı baş tutub. İsrail hakimiyyəti hesab edir ki, İranın Fordo şəhərində yerləşən qapalı nüvə obyektinə qarşı hərbi əməliyyat keçirmək üçün zaman məhduddur və bu imkan pəncərəsi sürətlə daralır.

Agentliyin mənbələri ehtimal edir ki, İsrail təkbaşına hərbi əməliyyat keçirməyə hazırlaşa bilər. Onların sözlərinə görə, İsrailin İranın hava məkanının böyük hissəsində üstünlüyə malik olması bu ssenarini daha real etsə də, əməliyyat yenə də yüksək risk daşıyır. 

Nəşrdə qeyd olunub ki, İsrail obyektin tam məhvini deyil, ona ciddi zərər vurmağı hədəfləyə bilər.

Bununla belə, “Reuters” xatırladır ki, hazırda Fordo kimi möhkəmləndirilmiş nüvə obyektlərini dağıtmaq gücünə malik bombalara yalnız ABŞ malikdir.

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
Rusiya lideri İlham Əliyevlə görüşəcəyini açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Avropa Komissiyası Polşanı məhkəməyə verdi 20:35 "O, Rusiya-Ukrayna danışıqlarında Aİ-ni təmsil etməlidir" - Andrey Babiş kimdən bəhs edir? 20:31 Bu ərazilərdə işıq olmayacaq 20:32 Madyar Aİ-nin 7-ci maddə proseduru dayandırılmasını tələb edir 20:18 Tokayev bu il Azərbaycana səfər edəcək 20:03 "Bu qarışıqlığı yaradanlar münasibətlərin düzəlməsini istəmirlər" - Lavrov 20:10 Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Bütün Xəbərlər