İsrail Suriyaya hava zərbələri endirdi

Dünya

09.09.2025 11:25

İsrail Suriyada Homs, Latakiya və Palmira yaxınlığında bir sıra hava zərbələri həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Zərbələr sentyabrın 8-nə keçən gecə baş verib və regionda gərginliyin yenidən artmasına səbəb olub.

Suriya Xarici İşlər Nazirliyi hücumları kəskin şəkildə pisləyərək, onları ölkənin suverenliyinə "kobud müdaxilə" və bütün regionun təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb. Rəsmi Dəməşq bu zərbələri İsrailin son aylarda genişləndirdiyi hərbi fəaliyyətlərin davamı kimi qiymətləndirib.

Suriya mediası zərbələr nəticəsində ciddi dağıntı və ya tələfat barədə məlumat verməyib. İsrail tərəfi isə hələlik məsələyə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, bu, İsrailin Suriyada həyata keçirdiyi ilk hücum deyil. İyulun 16-da İsrail Silahlı Qüvvələri Dəməşqdəki prezident sarayı, Müdafiə Nazirliyi və Baş Qərargah binasını hədəfə almışdı. 

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Suriya,Zərbə,Dəməşq,Todaypress.tv,