İsrail Ordusu Qəzzaya hava zərbələri endirdi

İsrail Ordusu Qəzzaya hava zərbələri endirdi
31.05.2025 21:05 Dünya

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında onlarla hədəfə yeni zərbələr endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sutka ərzində anklavın bütün ərazisi üzrə zərbələr endirilib, hədəflər hərbi obyektlər, müşahidə qüllələri, nişançı mövqeləri, digər infrastruktur obyektləri, həmçinin ayrı-ayrı silahlı hərəkat üzvləri olub.

Qeyd olunub ki, hərbçilərin əməliyyatı nəticəsində HƏMAS hərəkatının nümayəndəsi Xəlil Faruana məhv edilib. İsrailə görə, o, təşkilatın silah emalatxanalarından birinə başçılıq edirdi.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər