İsrail Livana hava zərbələri ENDİRDİ
Dünya
02.05.2026 12:00
İsrail Müdafiə Qüvvələri (İDF) son 24 saat ərzində Cənubi Livanda “Hizbullah”a məxsus obyektlərə intensiv hava zərbələri endirib.
TodayPress TV xəbər verir ki, rəsmi məlumata görə, təxminən 50 hava əməliyyatı nəticəsində təşkilatın 50-yə yaxın infrastruktur obyekti sıradan çıxarılıb.
Məhv edilən hədəflər arasında hərbi təyinatlı binalar, komanda məntəqələri və strateji obyektlər yer alır.
Bildirilib ki, hədəf alınan mərkəzlər İsrail hərbçilərinə qarşı hücumların koordinasiya edildiyi əsas bazalar olub. Digər tərəfdən, “Hizbullah”ın İsrail mövqelərinə atdığı raketlər boş ərazilərə düşüb; insident zamanı xəbərdarlıq siqnalları işə düşməyib. İsrail ordusu təhlükəsizliyin təmin olunması məqsədilə əməliyyatların davam etdiriləcəyini bəyan edib.
tag: İsrail,İDF,Livan,Zərbə,Todaypress.tv,
