Duda Yaxın Şərqdəki gərginlik səbəbilə Sinqapurda qaldı
Dünya
14.06.2025 15:15
İsrail və İran arasında eskalasiyanın kəskinləşməsi Polşa prezidentinin Asiyadan dönüş planlarını pozub.
TodayPress TV xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.
Bildirilir ki, prezident Andjey Duda və həyat yoldaşı 9 iyundan bəri Cənub-Şərqi Asiyada səfərdədir. Onlar Malayziya və Sinqapura rəsmi ziyarətlər həyata keçiriblər, Duda isə Polşa–Sinqapur Biznes Forumunun açılışında iştirak edib.
Polşa lideri 13 iyun, cümə günü Asiyadan qayıtmalı idi. Onun təyyarəsinin günorta saatlarında havaya qalxaraq Misir üzərindən uçması planlaşdırılmışdı. Lakin Yaxın Şərqdə baş verən son hərbi əməliyyatlar və aviasiya təhlükəsizliyi ilə bağlı risklər səbəbindən uçuş təxirə salınıb.
Hazırda prezidentin geri dönüş marşrutunun yenidən qiymətləndirildiyi bildirilir.
Qiymət Mahir
tag: İsrail ,İran ,Polşa ,Andjey Duda,Todaypress.tv,