İsrail hərbçiləri HƏMAS rəsmisini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində HƏMAS-ın dəniz komando bölməsinin əsgəri Əhməd Usamə Həsən əl-Ləxvani öldürülüb.
O, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrailə qarşı həyata keçirilən hücumda iştirak edib.
Türkan İsgəndərli