İslandiya Aİ-yə üzvlük danışıqlarını bərpa etməyə hazırdır
Dünya
17.07.2025 10:49
İslandiya xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir bildirib ki, ölkədə Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının bərpası üçün kifayət qədər ictimai dəstək mövcuddur.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Politico" nəşrinə müsahibəsində danışıb.
Nazir Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İslandiyaya planlaşdırılan səfərindən danışıb.
O bildirib ki, danışıqların yenidən başlaması geosiyasi vəziyyət baxımından həyati əhəmiyyət daşıyır və İslandiya artıq 2013-cü ildən bu yana bu istiqamətdə “kifayət qədər uzun bir yol” keçib.
Eyni zamanda, o, danışıqlar prosesini sürətləndirmək istədiyini, lakin bəzi həssas məsələlərin danışıqlarda əsas maneə ola biləcəyini açıq şəkildə etiraf edib.
Türkan İsgəndərli
tag: İslandiya,Aİ,XİN,Lyayen,Todaypress.tv,