Ukrayna Rusiyaya və bir sıra ölkələrə qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

27.07.2025 17:30

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşları, həmçinin Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və İrandan olan bir sıra hüquqi şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.

TodayPress TV xəbər verir ki, müvafiq sənəd dövlət başçısının rəsmi saytında dərc olunub.

Ukraynanın sanksiyalar üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasuykun "Facebook"da verdiyi məlumata görə, bu qərar Avropa İttifaqının 18-ci sanksiya paketi ilə sinxronlaşdırılıb.

Vlasuyk bildirib ki, sanksiyalar "kölgə donanması", ikili təyinatlı malların sanksiyaları pozaraq tədarükü və Rusiya müdafiə-sənaye kompleksi ilə əlaqələndirilən şirkətləri əhatə edir. Onun sözlərinə görə, eyni zamanda nadir torpaq elementlərinin və nadir metalların hasilatı, emalı və tədarükü ilə məşğul olan şəxslər və qurumlar da bu siyahıya daxil edilib.

Töhfə Səməd

tag: Ukrayna,Rusiya,Sanksiya,Avropa İttifaqı,Todaypress.tv,