İrlandiyada ukraynalılardan Ukraynaya dəstək avtomobil yürüşü

İrlandiyada ukraynalılardan Ukraynaya dəstək avtomobil yürüşü
26.10.2025 09:45 Dünya

İrlandiyanın Galvey şəhərində Ukrayna icmasının üzvləri Ukraynaya dəstək məqsədilə avtomobil yürüşü keçiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Ukrainians Helping Ukrainians Galway” (UHUG) təşkilatı Facebook səhifəsində məlumat yayıb.

Yürüş şəhərin əsas nöqtələrindən keçib: Müqəddəs İosif İcma Mərkəzindən Qalvey Katedrali, Eyre Meydanı və İspan Tağından Salthillə qədər.

Təşkilatın bildirdiyinə görə, aksiyanın məqsədi şəhər sakinlərinə və qonaqlara Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyini xatırlatmaq və ukraynalıların beynəlxalq dəstəyə ehtiyacı olduğunu göstərmək olub.

Avtomobillərdə Ukrayna bayraqları dalğalanıb, yoldan keçənlər isə Ukraynaya dəstək şüarları yazılmış plakatları oxuyublar.

Qalveydə bundan sonra hər ayın 24-də Ukraynaya dəstək tədbirləri keçiriləcək. Bu təşəbbüs sentyabrın 24-də Trali şəhərində keçirilən yürüşlə başlayıb. Daha əvvəl Tralee şəhərində Ukraynanın fəxri konsulluğunun açılışı mərasimi keçirilib.

Jalə Rövşən
TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Meteohəssas şəxslər DİQQƏT! Maqnit qasırğası gəlir, özünüzü qoruyun 11:27 Türkiyənin “gizli silahı”: bu görüntü Yunanıstanı qarışdırdı – VİDEO 11:22 Xuliqan Bakı küçələrini bir - birinə qatdı, belə ələ keçirildi 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Bütün Xəbərlər