İran və Avropa ölkələri müzakirələri davam etdirməyə qərar verdi
Dünya
25.07.2025 16:21
İranla 2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniya arasında İstanbulda keçirilən nüvə mövzusunda danışıqlar başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Görüşün sonunda tərəflər məsələnin həlli məqsədilə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
İran tərəfini təmsil edən xarici işlər nazirinin müavini Kazım Qaribabadi danışıqlardan sonra “X” sosial media platformasında paylaşım edərək, Avropa rəsmiləri ilə ciddi, açıq və ətraflı görüş keçirdiklərini bildirib.
“Görüş zamanı sanksiyaların ləğvi və nüvə məsələsinə dair son inkişaflar müzakirə edildi və təhlil olundu”, - deyə Qaribabadi bildirib.
Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənliklərin və gərginliyin artdığı bir dövrdə İstanbulda keçirilən bu görüş, Tehranla Avropanın "E3" ölkələri arasında 2015-ci il nüvə sazişinin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Töhfə Səməd
tag: İran,Avropa ,İstanbul,Nüvə,