İran və AEBA əməkdaşlığı bərpa etmək üçün saziş imzaladı

Dünya

10.09.2025 10:23

İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) əməkdaşlığın bərpası ilə bağlı Qahirədə saziş imzalayıb. 

TodayPress TV xəbər Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Sazişi İranın xarici işlər naziri Abbas Əraqçi və AEBA-nın baş direktoru Rafael Qrossi imzalayıblar. Əraqçi bildirib ki, bu razılaşma İranın nüvə proqramı ilə bağlı məsələləri sülh yolu ilə, diplomatik yollarla həll etmək istəyini göstərir.

Nazirin sözlərinə görə, yeni razılaşdırılmış addımlar İran qanunlarına tam uyğundur və həm İranın təhlükəsizlik narahatlıqlarını, həm də AEBA-nın texniki tələblərini nəzərə alır.

Xatırladaq ki, iyulun 2-də İran Prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığı dayandıran qanunun tətbiqi ilə bağlı fərman verib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İran,AEBA,Əraqçi,Rafael,Todaypress.tv,