İran və ABŞ danışıqlar prosesini daha bir gün uzada bilərlər

Dünya

11.04.2026 20:40

ABŞ ilə İran arasında danışıqları daha bir gün uzadıla bilər.

TodayPress TV xarici mətbuata istinadən xəbər verir ki,  danışıqların bir gün davam etməsi planlaşdırılmışdı, lakin ekspertlərin işinin davam etdirilməsi üçün onların daha bir sutka uzadılması istisna edilmir.

İran və ABŞ rəsmilərinin bir neçə istiqamətdə ümumi suallardan ətraflı texniki müzakirələrə keçdikləri bildirilib.

TodayPress TV

tag: ABŞ, İran, Danışıq, Proses, todaypress.tv,