İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı
İran və ABŞ arasındakı saziş iyunun 18-19-da imzalana bilər.
TodayPress TV Fransa mediasına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən G7 ("Böyük yeddilik") sammitinin yekunlarına dair bildirib.
Trampın sözlərinə görə, əgər Yaxın Şərq münaqişəsi üzrə danışıqların növbəti mərhələsi uğurlu olmasa, ABŞ İranı yenidən bombalamağa hazırdır.
"Əgər bu, 60 gün ərzində baş verməsə, heç nə olmaz, biz bombalamağa qayıdacağıq. Ola bilsin ki, bunu etmək məcburiyyətində qalaq, çünki biz onların nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəyik", - o qeyd edib.