İran Türkiyəyə qaz tədarükünü dayandırdı
İran İsrailin “Cənub Pars” qaz yatağına zərbəsindən sonra Türkiyəyə qaz tədarükünü dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə İran Türkiyənin qaz idxalının 14 faizini təmin edirdi. Hazırda Ankara qazı Rusiya və Azərbaycandan almağa davam edir, həmçinin ehtiyatlardan istifadə edir.
Bildirilib ki, İrandan tədarükün nə vaxt bərpa olunacağı məlum deyil.
Qiymət Mahir