İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək

İran siyahı açıqladı - Bu dövlətlərin rəhbərləri infaz ediləcək
13.07.2026 17:18 Dünya

İranın qeyri-rəsmi dairələrinə yaxın olduğu bildirilən sosial media hesabları və bəzi media platformalarında ABŞ senatoru Lindsi Qrahamın ölümü ilə bağlı diqqətçəkən iddialar yayılıb.

TodayPress TV xəbər verir ki, Həmin iddialarda İranın Qrahamın ölümünə görə məsuliyyəti öz üzərinə götürdüyü, onun Tehranın qisas siyahısında yer alan əsas fiqurlardan biri olduğu irəli sürülür.

Eyni zamanda, İran dövlət televiziyasında yayımlanan verilişlərdən birində aparıcının bu hadisə ilə bağlı sevinc nümayiş etdirdiyi və hərbi-kəşfiyyat qurumlarını təbrik etdiyi görüntülər də sosial şəbəkələrdə geniş yayılıb.

İranın qeyri-rəsmi dairələrinə yaxın mənbələr ABŞ senatoru Lindsi Qrahamın ölümündən sonra Tehranın qisas siyahısında yer aldığı iddia edilən digər şəxslərin də "növbədə" olduğunu bildirirlər.

Sosial şəbəkələrdə yayılan fotolarda ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Maykl Kurilla, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir, həmçinin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Küveyt əmiri Mişəl Əl-Əhməd Əl-Cabir Əs-Sabah və Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin fotoları yer alıb.

Mənbələrin iddiasına görə, bu şəxslər Tehranın növbəti qisas hədəfləri kimi təqdim olunur.

Qeyd edək ki, ABŞ tərəfi senatorun ölümü ilə bağlı hər hansı xarici müdaxilə barədə rəsmi məlumat açıqlamayıb.  Ekspertiza məlumatına görə, 71 yaşlı  senator Lindsi Qrahamın  ölüm səbəbi aorta diseksiyası (aortanın cırılması) olub.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər