İran BMT-dən iclas keçirməyi tələb etdi

İran BMT-dən iclas keçirməyi tələb etdi
13.06.2025 11:00 Dünya

İranın BMT-dəki Daimi Nümayəndəliyi İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlarla bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib. 

TodayPress TV xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Əmir Səid İrəvani tərəfindən Təhlükəsizlik Şurasının sədrinə göndərilən rəsmi məktubda bildirilib.

İran tərəfi bu hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək BMT-ni təcili reaksiya verməyə çağırıb. Təhlükəsizlik Şurasının bu müraciətə necə cavab verəcəyi hələlik məlum deyil.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər