İran ABŞ və İsraildən təzminat tələb edir

Dünya

22.03.2026 22:50

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərinə son hücumlarını beynəlxalq hüququn pozulması adlandırıb və bu ölkələrdən nüvə obyektlərinə dəyən ziyanı təzminat ödəməsini tələb edib.

TodayPress TV xəbər verir ki, bu barədə Əraqçinin BMT-nin Baş katibi Antonio Quterreşə ünvanlandığı məktubda deyilib.

Əraqçi bildirib ki, İranın Nətənzdəki və Buşəhr elektrik stansiyasının yaxınlığındakı dinc nüvə obyektlərinə hücumlar BMT nizamnaməsininAtom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) nizamnaməsinin və beynəlxalq hüququn pozulmasıdır

O əlavə edib ki, nüvə obyektlərinə hücumlar radioaktiv materialların geniş miqyaslı yayılmasına və insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola bilər.

Əraqçi ABŞ və İsrailin İranın nüvə obyektlərini bombalamasını təcavüz aktı adlandırıb, hücumlara dərhal son qoyulmasını, İsrail və ABŞ-nin dəymiş ziyana görə tam təzminat ödəməsini tələb edib.

TodayPress TV

tag: İran,ABŞ,İsrail,Təzminat,TodayPress TV,