İnternet niyə zəif işləyir? Bu sadə səhvi çoxları edir
Mütəxəssislər bildirirlər ki, Wi-Fi siqnalının zəif olmasının əsas səbəblərindən biri routerin yanlış yerləşdirilməsi və antenalarının düzgün istiqamətləndirilməməsidir.
TodayPress TV xəbər verir ki, onların sözlərinə görə, birmərtəbəli ev və ya mənzildə antenaları şaquli vəziyyətdə saxlamaq daha yaxşı siqnal təmin edir. İkimərtəbəli və daha hündür evlərdə isə antenalardan ən azı birini təxminən 30 dərəcə əymək tövsiyə olunur. Bu, siqnalın mərtəbələr arasında daha yaxşı yayılmasına kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, bu sadə dəyişikliklər əlavə avadanlıq almadan Wi-Fi şəbəkəsinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.