Hindistanda məbəddə izdiham baş verdi, ölənlər var

Dünya

27.07.2025 12:00

Hindistanın şimalındakı Uttarakxand ştatında yerləşən Haridvar şəhərində ibadət zamanı baş verən izdiham nəticəsində 8 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

Hadisə Minlərlə zəvvarın ziyarət etdiyi təpə üzərində yerləşən Mansa Devi məbədində baş verib. Məbədə aparan dar pilləkənlər insan axınına tab gətirməyib. İlkin məlumata görə, zəvvarlardan biri elektrik kabelinin yerə düşməsindən sonra yaranan panika nəticəsində insanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıb və bu da izdihama səbəb olub.

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Qeyd edək ki, Hindistanda dini mərasimlər və zəvvar yürüşləri zamanı baş verən izdihamlar nəticəsində insan tələfatı tez-tez müşahidə olunur. Təkcə bu il ölkədə 50-dən çox belə hadisə qeydə alınıb.

Töhfə Səməd

tag: Hindistan,Uttarakxand,Məbəd,İzdiham,Todaypress.tv,