Gürcüstandan Rusiya və Belarus vətəndaşlarına qadağa
Gürcüstan Rusiya və Belarus vətəndaşlarına avtomobil ixracını qadağan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Xidmətləri Agentliyi məlumat yayıb.
Bildirilib ki, qadağanmayın 15-dən qüvvəyə minib.
Belə ki, 2023-cü ildə Gürcüstan ABŞ və Aİ-dən gətirilən avtomobillərin Rusiya və Belarusa təkrar ixracını dayandırıb, lakin həmin vaxt rus və belarus vətəndaşlarının üçüncü ölkələrə avtomobil göndərməsinə icazə verilirdi. İndi bu imkan da bağlanıb.
Türkan İsgəndərli