Gürcüstanda iğtişaşçılarda saxlanılanları 9 ilə qədər həbs müddəti gözləyir
"Gürcüstanda Prezident sarayına hücum edən şəxsləri 9 ilə qədər həbs cəzası gözləyir".
TodayPress TV xəbər verir ki, bu barədə baş prokurorun müavini Amiran Quluaşvili məlumat verib.
“13 nəfərin hamısı Gürcüstan Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə ittiham olunub. Bu maddə qrup tərəfindən törədilmiş strateji obyekti və yaxud xüsusi əhəmiyyət kəsb edən obyekti ələ keçirmək cəhdi ilə bağlıdır”, - Quluaşvili bildirib.
Qeyd edək ki, oktyabrın 4-də Tbilisidə bələdiyyə seçkiləri günü müxalifətin mitinqi keçirilib.
Aynur TAC