Gürcüstan azərbaycanlılarla birgə 25 nəfəri deportasiya etdi

Gürcüstan azərbaycanlılarla birgə 25 nəfəri deportasiya etdi
22.07.2025 11:18 Dünya

Gürcüstan Daxili İşlər Nazirliyi 25 əcnəbinin ölkədən deportasiya edildiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Miqrasiya İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Deportasiya olunan şəxslər Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İran, Nigeriya, Çin, Pakistan, Rusiya və Türkiyə vətəndaşlarıdır. Onların Gürcüstana yenidən daxil olması qadağan edilib.

Son vaxtlar Gürcüstan qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni gücləndirib. Miqrasiya qanunvericiliyi sərtləşdirilib, deportasiya və miqrantların axtarışı prosedurları sadələşdirilib. Nazirlik hər ay onlarla əcnəbinin ölkədən çıxarıldığını bildirir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər