“Grand Kartal” faciəsi: 11 nəfərə ömürlük həbs cəzası
Türkiyənin Bolu vilayətində yerləşən “Grand Kartal” otelində 78 nəfərin həyatını itirdiyi yanğınla bağlı məhkəmə prosesi başa çatıb.
TodayPress TV xəbər verir ki, Türkiyə KİV-in məlumatına görə, məhkəmənin qərarı ilə otelin sahibi Xalid Ergül də daxil olmaqla, 11 nəfər ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, yanvarın 21-də Qartalqaya Xizək Mərkəzində yerləşən oteldə gecə saatlarında baş verən yanğında 78 nəfər həlak olmuş, 137 nəfər yaralanmışdı.
Jalə Rövşən