FT: ABŞ iqtisadiyyatında durğunluq Trampın vədlərinə ziddir
ABŞ Prezidenti Donald Trampın iqtisadi rifah vədlərinə baxmayaraq, ölkədə əmək bazarında ləngimə müşahidə olunur.
TodayPress TV - nin verdiyi xəbərə görə, “Financial Times” qəzeti ekspertlərə və amerikalı siyasətçilərə istinadən yazıb ki, avqust ayında ABŞ-də yeni iş yerlərinin sayı cəmi 22 min artıb.
Bu da proqnozlaşdırılandan üç dəfə azdır.
Mütəxəssislərin fikrincə, Trampın tətbiq etdiyi yüksək gömrük rüsumları, sərtləşdirilmiş immiqrasiya siyasəti və digər iqtisadi tədbirlər gözlənildiyi kimi nəticə verməyib.
Qiymət Mahir