Fransada yüzlərlə insan həbs olundu
Dünya
10.09.2025 13:42
Fransada sentyabrın 10-da keçirilən kütləvi etiraz aksiyaları zamanı 200-dən çox şəxs saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Brüno Retayo məlumat verib.
Nazirin sözlərinə görə, vəziyyətin sabitləşdirilməsi üçün təxminən 50 tədbir görülüb.
Parisin polis prefekturasının məlumatına əsasən, saxlanılanların 132 nəfəri paytaxt Parisdə və onun ətraf bölgələrində, daha 5 nəfəri isə Lion şəhərində həbs olunub.
Qeyd edək ki, etiraz aksiyaları “Hər şeyi bloklayaq” şüarı altında təşkil olunub. Aksiya iştirakçıları hökumətin təklif etdiyi sərt qənaət tədbirlərinə qarşı narazılıqlarını bildiriblər. Paris küçələrində etirazçılar yolları bağlayaraq tonqallar yandırıblar. Bu aksiyalar əhalinin sosial-iqtisadi siyasətə qarşı narazılığının nəticəsi kimi qiymətləndirilir.
Aysel Mətləb
tag: Fransa,Etiraz,Həbs,Saxlanılma,Todaypress.tv,