Fransada hökumət əleyhinə kütləvi etirazlar başladı
Dünya
10.09.2025 12:31
Fransada hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
TodayPress TV xəbər verir ki, etirazçılar Parisdəki "Place de la Nation" meydanına toplaşaraq zibil qablarını yandırıblar.
Polis onların qarşısını almağa çalışır. Marsel şəhərində isə bir neçə yüz insan küçələri zibil qutuları ilə bağlayıb.
Daxili kəşfiyyatın məlumatına görə, ölkə üzrə etirazlara 100 min insanın qoşulacağı gözlənilir. Etirazlar “Hər şeyi bağla” (Fr. Blocage total) şüarı altında keçirilir. Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirib, 80 min polis və jandarmın yerləşdirilməsi planlaşdırılıb.
Fransa mediasının məlumatına görə, sentyabrın 10-dan etibarən qeyri-müəyyən müddətə boykot çağırışları yayılmağa başlayıb. Bu çağırışlar iyul ayından etibarən hökumətin qənaət siyasətinə qarşı narazılıq fonunda yayılıb. Etirazların arxasında konkret bir təşkilat olmasa da, “sarı jiletlilər”in keçmiş üzvləri hərəkatda fəal iştirak edirlər.
Türkan İsgəndərli
tag: Fransa,Etiraz,Hökumət,Aksiya,Todaypress.tv,