Fransa və Ukrayna razılığa gəldi
Fransa və Ukrayna pilotsuz uçuş aparatlar (PUA) və digər müdafiə texnologiyalarını birgə inkişaf etdirmək üçün niyyət məktubu imzalayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Silahlı Qüvvələri naziri Katrin Votrin öz “X” hesabında məlumat verib.
"Ukraynanın Müdafiə naziri Mixaylo Fyodorov ilə, xüsusən də dronlar və məlumatların emalı sahəsində innovativ müdafiə həllərinin birgə hazırlanması və tətbiqi barədə niyyət məktubu imzaladım", - nazir bildirib.
Jalə Rövşən