Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirdi

Fransa və Niderland müstəmləkələri BMT-nin qarşısında aksiya keçirdi
26.09.2025 04:40 Dünya

BMT-də keçirilən "Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?" adlı beynəlxalq konfrans iştirakçıları BMT ofisinin qarşısında dinc etiraz aksiyası keçiriblər.

TodayPress TV xəbər verir ki, aksiyada "Fransa müstəmləkəçilik erası başa çatdı", "Bijuval razılaşmasına yox deyirik", "Kanaki yaşayacaq, müstəmləkəçilik öləcək", "Müstəqillik variant deyil, haqdır", "Müstəmləkəçilik kanak xalqına qarşı cinayətdir" kimi, həmçinin Fransa və Niderland müstəmləkəçiliyinə qarşı digər şüarlar səsləndirilib, kanak xalqına məxsus bayraq qaldırılıb.

Aksiyada Fransanın digər Dənizaşırı əraziləri - Kanaki (Yeni Kaledoniya), Qvadelup, Martinika, Reyunyon, Mahoi Nui (Fransız Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra, Aruba, Sen Martin kimi müstəmləkə ərazilərinin təmsilçiləri aksiya zamanı kanak xalqına dəstək veriblər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər