Fransa şirkətləri Ukraynada dron istehsal edəcək

Dünya

21.07.2025 17:23

Fransa şirkətləri Ukrayna ərazisində pilotsuz uçuş aparatları istehsalına başlamağa hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşdən sonra “Telegram” kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, tərəflər müdafiə yardımı, xüsusilə hava hücumundan müdafiə vasitələrinə ehtiyac, Ukrayna hərbçilərinin təlimi və “Ramştayn” formatındakı görüşlərin nəticələrini müzakirə ediblər.

“Birgə müdafiə istehsalını genişləndirməyə hazırıq. Fransa şirkətlərinin Ukraynada dron istehsalına başlamaq qərarı var və bu, bizim üçün çox dəyərlidir. Həmçinin Rusiyaya qarşı sanksiyaları və Ukraynanın Aİ-yə üzvlük danışıqlarını da müzakirə etdik”, – deyə Zelenski bildirib.

O, Fransa Prezidenti Emmanuel Makrona və şəxsən Jan-Noel Barroya ölkəsinə göstərilən dəstəyə görə təşəkkür edib.

Qiymət Mahir

tag: Fransa ,Ukrayna ,Volodimir Zelenski ,Aİ,Todaypress.tv,