Fransa rus diplomatlara məhdudiyyət qoyulmasını təklif etdi

Dünya

15.06.2025 18:45

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi çərçivəsində rus diplomatlarının Avropa İttifaqı (Aİ) ölkələri arasında hərəkəti məhdudlaşdırılmalıdır. 

TodayPress TV xəbər verir ki, o, bu fikrini “Publika Senat” telekanalına verdiyi müsahibədə səsləndirib.

“Biz sanksiyaları gücləndirməyə, daha da irəli gedərək, Rusiya diplomatlarının Avropa ərazisində hərəkətini məhdudlaşdırmağa davam edəcəyik. Lakin bəlkə də indiyə qədər etdiyimizdən bir qədər fərqli şəkildə”, – deyə nazir vurğulayıb.

Barrot əlavə edib ki, yaxın günlərdə Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin təsdiqi gözlənilir. Onun sözlərinə görə, bu paket Ukraynadakı müharibənin başlanmasından bəri tətbiq olunan “ən güclü” sanksiyalardan biri olacaq.

Nazir həmçinin qeyd edib ki, yeni məhdudiyyətlər Fransanın təkliflərini də əhatə edəcək və xüsusilə Rusiyanın neft-qaz sənayesindəki əsas şirkətlərini hədəfə alacaq.

Türkan İsgəndərli

tag: Rusiya,Fransa,Avropa,Sanksiya,Todaypress.tv,