Finlandiya Rusiyapərəst haker qrupuna qarşı beynəlxalq əməliyyata qoşuldu

Finlandiya Rusiyapərəst haker qrupuna qarşı beynəlxalq əməliyyata qoşuldu
16.07.2025 18:02 Dünya

Finlandiya Mərkəzi Cinayət Polisi Rusiyapərəst haker qrupuna qarşı təşkil olunmuş beynəlxalq əməliyyatda iştirak edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilib.

Əməliyyat iyulun 15-də bir neçə ölkədə eyni vaxtda keçirilib. Məqsəd haker qrupunun həyata keçirdiyi kiber cinayət fəaliyyətini dayandırmaq və onların istifadə etdiyi İT infrastrukturunu ələ keçirmək olub.

Qeyd olunub ki, haker qrupunun Finlandiyaya qarşı kiberhücumları 2022-ci ildən başlayıb. Həmin il avqust ayında Finlandiya parlamentinin rəsmi saytına edilən "DDoS" hücumunun da məsuliyyətini bu qrup üzərinə götürmüşdü.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər