Filippo Fransanın Ukraynaya yardımına sərt reaksiya verdi

Dünya

30.06.2025 16:55

Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippo ölkə hökumətinin Ukraynaya maliyyə yardımı ayırmasını, eyni zamanda öz vətəndaşlarının səhiyyə dəstəyini azaltmasını kəskin tənqid edib.

TodayPress TV xəbər verir ki, siyasətçi bu fikirləri "X" sosial şəbəkəsində paylaşdığı açıqlamasında səsləndirib.

O, Fransanın Milli Tibbi Sığorta Fondunun rəhbəri Tomas Fatomun xərçəng xəstələrinin remissiya dövründə dəstəksiz qalacağı ilə bağlı bəyanatına sərt reaksiya verib:

“İnanılmazdır! Ukrayna Prezidenti Volodimir Zelenskiyə yeni milyardlar, gələn il isə Aİ tərəfindən əlavə 6 milyard avro ayrılır. Eyni vaxtda isə tibbi sığortanın rəhbəri Fatom bildirir ki, remissiya dövründə xərçəng xəstələri artıq dəstəklənməyəcək – halbuki həmin insanlar ağır müalicə proseslərindən keçir! Bu, vəhşilikdir!”

Xatırladaq ki, iyun ayının əvvəlində Fransa hökumətinin Ukraynaya 1,5 milyard avro məbləğində dövlət zəmanəti ayıracağı açıqlanmışdı. Bu vəsait Ukraynanın Fransadan müdafiə təyinatlı məhsullar almasına yönələcək.

Qiymət Mahir

tag: Fransa,Ukrayna,Volodimir Zelenski,yardım,Todaypress.tv,