Şimali Koreya: Nüvə dövləti statusumuzu inkar edən heç bir təşəbbüs qəbul edilməyəcək
Dünya
29.07.2025 11:24
Şimali Koreya ABŞ-dən gələn bəzi açıqlamalara sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq ABŞ Prezidenti Donald Tramp tərəfindən Koreya yarımadasında sabitliyin təmin edildiyinə dair bəyanatlarını tənqid edib. O, həmçinin Pxenyanın hələ də ABŞ ilə dialoqa açıq olduğu fikirlərini təkzib edib.
Kim Yo Conq bildirib ki, bu cür bir tərəfli dəyərləndirmələrin heç bir mənası yoxdur.
O əlavə edib ki, nüvə silahlarına malik olan iki ölkənin qarşıdurmaya sürüklənməsi heç bir tərəfin xeyrinə olmayacaq:
“Şimali Koreyanın nüvə dövləti statusunu inkar etməyə yönəlmiş istənilən təşəbbüs qətiyyətlə rədd ediləcək”.
Kim Yo Conq həmçinin əlavə edib ki, Kim Çen In ilə Donald Tramp arasında şəxsi münasibətlər pis olmayıb. Lakin bu münasibətlərin Şimali Koreyanın nüvəsizləşdirilməsi istiqamətində şərh olunmasının əslində qarşı tərəfə qarşı istehza olduğunu söyləyib.
Töhfə Səməd
tag: Şimali Koreya,Kim Yo Jon,Nüvə,Donald Tramp,Todaypress.az,