Fidan Antalya Diplomatiya Forumunda Lavrovla ikitərəfli görüş keçirəcək

Dünya

18.04.2026 11:35

Türkiyənin xarici işlər naziri Hakan Fidanv Antalya Diplomatiya Forumunda rusiyalı həmkarı Sergey Lavrovla görüşməyi, eləcə də dəvət olunmuş digər nazirlərlə bir sıra tədbirlər keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Lavrovla ikitərəfli görüşdən əlavə, Fidanın proqramına Balkan Sülh Platforması ölkələrinin xarici işlər nazirlərinin görüşü, Qəzza ilə bağlı nazirlər görüşü və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü daxildir.

Aysel Mətləb

TodayPress TV

tag: Türkiyə,Hakan Fidan,Antalya,Lavrov,TodayPress TV,