Ermənistanda qar nəqliyyatın hərəkətini iflic etdi

Ermənistanda qar nəqliyyatın hərəkətini iflic etdi
01.01.2026 16:26 Dünya

Ermənistanda Berd-Çambarak yolu qar fırtınası səbəbindən bütün nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.  

Vardenyats aşırımı da bağlıdır. Spitak aşırımları, eləcə də Noravan-Ltsen-Tatev və Sisian-Zanger hissələri qoşqulu nəqliyyat vasitələri üçün əlçatmaz hala gəlib. 

Tsovagyugh-Semenovka yolunda isə hərəkət etmək çətinləşib. 

Bəzi rayonlarda isə yollar buz bağlayıb. 

Ölkənin hər yerində qar yağır.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər