Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı

Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldı
07.08.2025 13:43 Dünya

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti hazırlığı keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə qərar hökumətin iclasında qəbul edilib.

Qeyd edək ki, Ermənistanda il ərzində bir neçə dəfə ehtiyatda olan hərbi qulluqçular üçün çağırış elan edilir.

Hər bir ehtiyatda olan hərbçi 25 günə qədər çağırılır.

Nicat Osman

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər