Ermənistanda arxiyepiskopun saxlanmasına maneəyə görə cinayət işi açıldı
Ermənistan İstintaq Komitəsi arxiyepiskop Mikael Acapaxyanın saxlanmasına vətəndaşlar tərəfindən maneə yaradılması faktı ilə bağlı cinayət işi başladıb.
TodayPress TV xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, arxiyepiskop Mikaelə qarşı ölkədə hakimiyyətin ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb və hüquq-mühafizə orqanları onun saxlanılması üçün bir neçə dəfə cəhd göstərib. Lakin hər dəfə dindarların müqaviməti ilə qarşılaşıblar.
Töhfə Səməd