Ermənistanda arxiyepiskopun həbsinin ləğvi tələb olunur
Həbsdə olan erməni din xadimi arxiyepiskop Mikael Ajapaxyanın hüquq qrupu onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi və ya dəyişdirilməsi üçün prokurora vəsatət təqdim edib.
TodayPress TV xəbər verir ki, bu barədə müdafiə tərəfinin yaydığı bəyanatda bildirilir.
Arxiyepiskop Mikael hərbi çevriliş yolu ilə konstitusiya quruluşunu devirməyə çağırış etməkdə ittiham olunur. Cinayət işi 2024-cü ilin fevralında verilmiş ifadələrə əsasən iyunun 17-də açılıb.
Vəkillər bildiriblər ki, həbs-qətimkan tədbiri ləğv olunmasa, onun daha yüngül formaya dəyişdirilməsini istəyirlər.
Türkan İsgəndərli