Ermənistan və İran ikinci sərhəd körpüsünün tikintisinə başlayacaq

Ermənistan və İran ikinci sərhəd körpüsünün tikintisinə başlayacaq
19.08.2025 16:21 Dünya

Ermənistan və İran Araks çayı üzərində ikinci sərhəd körpüsünün tikintisinə dair razılığa gəliblər.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian birgə bəyanat yayıb.

Paşinyan bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artmasını nəzərə alaraq, yeni körpünün inşası qərara alınıb. Onun sözlərinə görə, bu layihə Ermənistan-İran iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Onlar həmçinin Azərbaycan, ABŞ və Ermənistan arasında danışıqların nəticələrini də müzakirə ediblər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər