Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır
"Əgər söhbət sərhədlərin açılmasından gedirsə, o zaman biz sadəcə buna hazır olmalıyıq".
TodayPress TV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan bunu Türkiyə və Azərbaycanla sərhədlərin açılması barədə parlamentdə jurnalistlərə danışarkən bildirib.
“Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır”, - deyə Akopyan vurğulayıb.
Qeyd edək ki, komitə sədri daha öncə bildirmişdi ki, Ermənistan Türkiyə ilə sərhəddin açılmasına hazırdır. Lakin hələlik bununla bağlı konkret plan yoxdur.