Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə etdilər

Ərdoğan və Tramp İsrail-İran gərginliyini müzakirə etdilər
14.06.2025 23:30 Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.

TodayPress TV xəbər verir ki, liderlər İsrailin İrana hücumunu müzakirə ediblər.

Ərdoğan bildirib ki, Türkiyə gərginliyi yaxından izləyir.

Onun fikrincə, nüvə sazişi ilə bağlı müzakirələr problemin həlli üçün yeganə yoldur.

Türkiyə lideri əlavə edib ki, ölkəsi nəzarətdən çıxa biləcək bir gərginliyin qarşısının alınması üçün əlindən gələni etməyə hazırdır.

Dövlət başçıları həmçinin regional və qlobal məsələlər barədə danışıblar.a

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər