Ərdoğan və Mirziyoyev özbək yaşayış kompleksinin açılışını etdilər

Dünya

30.01.2026 11:31

Özbəkistan və Türkiyə Prezidentləri Şavkat Mirziyoyev və Rəcəb Tayyib Ərdoğan Özbəkistan tərəfindən inşa edilən yaşayış kompleksinin açılış mərasimində iştirak ediblər 

TodayPress TV xəbər verir ki, bu barədə “Uznews” məlumat yayıb.

Məlumata görə, "Özbəkistan" yaşayış kompleksinin açılış mərasimi Hatay əyalətində keçirilib.


Tədbirdə çıxış edən Şavkat Mirziyoyev 2023-cü ildə baş verən dağıdıcı zəlzələnin qardaş türk xalqı üçün ağır bir sınaq olduğunu qeyd edib. O bildirib ki, faciənin ilk günlərindən Özbəkistan Türkiyəyə hərtərəfli humanitar yardım göstərməyə başlayıb:

“Yüz özbək xilasedicisi və 70 tibb işçisi tez bir zamanda fəlakət bölgəsinə göndərilib. Axtarış-xilasetmə əməliyyatları zamanı 18 nəfər xilas edilib, təxminən 200 qurban dağıntılar altından çıxarılıb, 4000 xəstəyə isə xəstəxanada tibbi yardım göstərilib”.

Xüsusilə vurğulanıb ki, bu illər ərzində Türkiyədə 455.000-dən çox yaşayış binası tikilib və Özbəkistan bu proseslərdə iştirak edib. 

Türkiyə Prezidenti qeyd edib ki, bu yaşayış kompleksi yalnız zərər çəkmiş ailələr üçün yeni bir ev deyil, həm də özbək və türk xalqlarının əbədi dostluğunun və qardaşlığının parlaq simvoluna çevrilib.

Ölkə liderləri inşaatçılara, mühəndislərə, işçilərə və layihədə iştirak edən bütün tərəfdaşlara səmimi minnətdarlıqlarını bildiriblər və yeni mənzillərin açarlarını təntənəli şəkildə sahiblərinə təqdim ediblər.

Səfər zamanı prezidentlər, həmçinin İstanbulun Bekirköy rayonunda ilk özbək məktəbinin tikintisinə başlayıblar.

Bildirilib ki, yeni məktəb özbək ailələrindən olan uşaqların ana dilində təhsil alması, eləcə də milli dəyərlərin, mədəniyyətin və adət-ənənələrin qorunması üçün şərait yaradacaq.

Aysel Mətləb

TodayPress TV

tag: Özbəkistan,Türkiyə ,Mirziyoyev ,Ərdoğan ,Todaypress.tv,